Namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məlum oldu

Namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məlum oldu

Baxış sayı: 2. 339 dəfə baxılıb.

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.  

ÇıxışYolu.Com-ın xəbərinə görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq həftədə üç saat İctimai Televiziyada ödənişsiz efir vaxtı ayrılacaq.

N. Məmmədov qeyd edib ki, İctimai Televiziya və İctimai Radioda hər dəfə bir saat olmaqla, həftə ərzində üç Dəyirmi Masa təşkil ediləcək.

Ötən seçkilərdən fərqli olaraq, namizədlərin istəyi nəzərə alınaraq, İctimai Televiziyada efir vaxtı saat 19.00-dan saat 22.00-a dəyişdirilib.

İctimai Radioda isə Dəyirmi masalar saat 19.00-da təşkil ediləcək.

Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər: 

1 – öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, 

2 – Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə,

3 – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev,

4 – Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev,

5 – “Cəbhəçilərin təşəbbüs qrupu” adlı qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev, 

6 – Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu,

7 – Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev,

8 – Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev.

www.ÇıxışYolu.Com