Namus üstündə bacanağını öldürənə hökm oxundu

Namus üstündə bacanağını öldürənə hökm oxundu

Baxış sayı: 2. 688 dəfə baxılıb.

Namus üstündə bacanağını öldürənə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ş.Qasımov doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşfiq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib. Ş.Qasımov ifadəsində bacanağını namus üstündə öldürdüyünü deyib.