3dfefcd9-b1bd-42c8-ae05-9a4c9bf985f5..jpg

“Napoli”dən çempionluq yolunda növbəti qələbə – VİDEO

Baxış sayı: 832 dəfə baxılıb.

“Napoli”dən çempionluq yolunda növbəti qələbə – VİDEO

“Napoli” qələbə seriyasını 7 matça çatdırıb.

Luçano Spalettinin yetirmələri A Seriyasının 24-cü turunda səfərdə “Empoli”yə
qalib gəlib (2:0).

Sonuncu dəfə neapollular yanvarın 17-də qələbə qazana bilməyiblər. “Kremoneze”
penaltilər seriyasında onları İtaliya kubokundan kənarlaşdırıb. O vaxtdan bəri
klub bütün yarışlarda ardıcıl 7 qələbə qazanıb, ümumi hesab isə 16:1-dir.

İtaliya çempionatında son 20 oyunda “Napoli” yalnız bir dəfə xal itirib –
yanvarın 4-də “İnter”ə uduzub (0:1).

Qeyd edək ki, növbəi turda A Seriyasının lideri “Latsio” ilə oyun keçirəcək.
Matç martın 3-də baş tutacaq.


Source link