d98b32ef-90c7-4e08-a646-d384dc6c30f1..jpg

“Napoli”nin prezidentindən qəribə açıqlama: “Baş məşqçimiz İtaliya futbolunu yaxşı bilmir”

Baxış sayı: 508 dəfə baxılıb.

“Napoli”nin prezidentindən qəribə açıqlama: “Baş məşqçimiz İtaliya futbolunu
yaxşı bilmir”

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis komandanın son
zamanlar uğursuz çıxış etməsi barədə danışıb.

Klub rəhbəri bu yay baş məşqçi təyin olunan fransalı mütəxəssis Rudi
Qarsiyanın İtaliya futbolunu yaxşı bilmədiyini etiraf edib:

“Rudi Qarsiya üçün yaxşı zaman deyil. O, İtaliya futbolunu elə də yaxşı
bilmir. Belə məşqçi seçəndə bu cür hallar baş verir. Komanda hazırda yaxşı
nəticələr qazanmır. Doğru zamanda ən yaxşı qərarı verəcəyəm”.

Xatırladaq ki, Qarsiyanın rəhbərliyi altında komanda bu mövsüm səkkiz turdan
sonra 14 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rudi Qarsiyanın istefaya göndəriləcəyi və baş məşqçi postuna
Antonio Kontenin təyin ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Source link