“Nar” balacaları təbrik etdi - VİDEO

“Nar” balacaları təbrik etdi – VİDEO

Baxış sayı: 2. 486 dəfə baxılıb.

“Nar” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günündə növbəti sosial aksiyaya imza atıb.

Hər il 1 iyun tarixində müxtəlif maraqlı layihələrlə ənənəvi olaraq uşaqları təbrik edən mobil operator bu il də fərqli bir təşəbbüslə çıxış edib.

Belə ki, “Youtube” platformasındakı “Azərbaycan Xalq Nağılları” kanalında Azərbaycan dilində böyük bir milli nağıl resursu yaradılıb. Səsləndirilmiş 60 milli nağıl xüsusi tərtibatlı CD-lərə köçürülüb. Bu CD-lərdən ibarət kataloq Respublika Gözdən Əlillər Kitabxanasına hədiyyə edilib. 

Nağılların peşəkar studiyada səsləndirilməsi prosesinə “Belə-belə işlər” layihəsindəki uğurlu fəaliyyəti və balacalara olan sonsuz sevgisi ilə fərqlənən Kəmalə Rövşən cəlb edilib. Uşaqlara nağıl danışmağı çox sevən Kəmalə xanımın bu həvəsi “Nar” operatorunu belə bir faydalı aksiyaya imza ataraq balacaları sevindirməyə ruhlandırıb. Prosesin əks olunduğu xüsusi video “Nar”ın sosial media səhifələrində ictimaiyyətə təqdim edilib. 

Xatırladaq ki, elm, təhsil və uşaqlara qayğı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının tərkib hissəsidir. Mobil operatorun KMS strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.  

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

www.ÇıxışYolu.Com