“Nar” mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

“Nar” mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

Baxış sayı: 3. 099 dəfə baxılıb.

Müstəqil araşdırma şirkəti tərəfindən keçirilmiş müştəri loyallığı indeksi (Net Promoter Score – NPS) araşdırmasının nəticələrinə əsasən, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempinə görə mobil rabitə bazarında ən yüksək nəticəyə nail olub.

Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.   

Araşdırmanın nəticələrinə əsasən, mobil internetin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri  arasında istifadə etməsi, eləcə də tarif və qiymətlərin müxtəlifliyi və əlverişliliyi amillərinə görə “Nar” NPS indeksi yüksək nəticə göstərib.

“Nar” mobil internetinin keyfiyyəti, xüsusi kampaniya və təkliflər, həmçinin zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri artaraq yüksək həddə çatıb.  

Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.  

Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 

www.ÇıxışYolu.Com