Nardaran hadisələrinə görə həbs olunmuş Əbülfəz Bünyadov azadlığa buraxılıb

Nardaran hadisələrinə görə həbs olunmuş Əbülfəz Bünyadov azadlığa buraxılıb

Baxış sayı: 2. 166 dəfə baxılıb.

Nardaran hadisələrinə görə həbs olunmuş Əbülfəz Bünyadov azadlığa buraxılıb

Nardaran hadisələrinə görə həbs edilmiş Əbülfəz Bünyadov azadlığa buraxılıb. 

Bu barədə ÇıxışYolu.Com-a onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib. 

Onun sözlərinə görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan məhbusun səhhətində ciddi problem olduğundan onun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi.

Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Müalicə Müəssisəsində müraciətə baxaraq onun vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar çıxarıb. 

Qeyd edək ki, Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs edilib. Lakin bir müddət sonra polis nəzarətinə buraxılıb. 2018-ci il iyulun 11-də məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib.