Nardaran qalasında silah gizlədən şəxs tutulub

Nardaran qalasında silah gizlədən şəxs tutulub

Baxış sayı: 2. 919 dəfə baxılıb.

Nardaran qalasında silah gizlədən şəxs tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən ÇıxışYolu.Com-ya verilən məlumata görə,  Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olumuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı “Nardaran Qalasında” gizlətməsi barədə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat tədbirləri  nəticəsində həmin şəxs saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə qeyd edilən yerə baxış keçirlən zaman oradan 1 ədəd “Makarov” markalı tapança və içərisində 7 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.  Saxlanılan şəxs ifadəsində həmin salah-sursatımn ona məxsus olmasını etiraf edib.

Faktla  bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

www.ÇıxışYolu.Com