c537c1a8-300a-46fb-8893-34367d159e07..jpg

Nardaranda yerləşən Şirvanşahların yay iqamətgahından FOTOREPORTAJ

Baxış sayı: 2. 910 dəfə baxılıb.

Nardaranda yerləşən Şirvanşahların yay iqamətgahından FOTOREPORTAJ

XV əsrin əvvəllərində Şirvanşah I İbrahim Xəlilullahın (1382-1417) sifarişi
ilə Bakının Nardaran kəndində Xan bağı köşkü (Şirvanşahların yay iqamətgahı)
inşa olunub.

Kənd ağsaqqalları iqamətgaha “qənədxuna” da deyirdilər.

Qənədxuna tat dilindən tərcümədə yan ev deməkdir. Bu da ərazidə bundan başqa
da tarixi tikililərin olduğunu sübut edir.

Kənd əhalisinin “Xan bağı” adlandırdığı bu tikilinin daş kitabəsi itdiyinə
görə onun memarı haqda məlumat yoxdur. Yalnız tarixi mənbələrdəki faktlar
əsasında məlum olur ki, Xan Bağı Köşkünün inşa edilməsi barədə Şirvanşah I
İbrahim Xəlilullah əmr verib.

PhotoStock.az-ın həmin iqamətgahdan hazırladığı süjeti təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Source link