Narkoloji Mərkəzdəki faciə ilə əlaqədar Premyer Liqada sükut olacaq

Narkoloji Mərkəzdəki faciə ilə əlaqədar Premyer Liqada sükut olacaq

Baxış sayı: 2. 471 dəfə baxılıb.

Respublika Narkoloji Mərkəzində baş vermiş faciəvi hadisə ilə əlaqədar futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. 

Qarşıdakı tura sabah 15:00-da “Kəpəz” – “Səbail” matçı ilə start veriləcək. Sabah “Sumqayıt” – “Qarabağ” matçı da keçiriləcək. Martın 4-də isə “Qəbələ” – “Neftçi” və “Zirə” – “Keşlə” oyunları nəzərdə tutulub.

Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə nəticəsində 25 nəfərin öldüyü məlum olub.

S.T.
www.ÇıxışYolu.Com