Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var –
YENİLƏNİB + FOTOREPORTAJ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Narkomanların yuvasına çevrilməsi barədə görüntülərdə əks olunan ərazi bir
müddət əvvəl tam nəzarətə götürülüb”.
Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı
polis leytenantıİbrahim Əmiraslanlı məlumat verib.
O bildirib ki, orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan
ayrı-ayrı vaxtlarda 16 nəfər barəsində məsuliyyət tədbiri tətbiq olunub:
“Əraziyə naryad qrupu cəlb edilib, həmçinin ərazidə tüfeyli həyat tərzi
keçirən şəxslərin yığışmaması və ətrafdakı sakinlərin narahatlığına səbəb
olmaması üçün dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər
keçirilib. Bundan başqa tikiliyə kənar şəxslərin girişi tam məhdudlaşdırılıb.
Həmçinin görüntülərdə əks olunan şprislər də köhnə tarixə aiddir”.
15:48
Bakıda bir çox tarixi tikililər nə təyinatı üzrə istifadə olunur, nə də
aidiyyəti qurumlar tərəfindən qorunur.
Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən Hacı Əmrah hamamı belə
tikililərdəndir.
1915-ci ildə inşa edilən Hacı Əmrah hamamı fəaliyyətini dayandırdıqdan sonra
baxımsız vəziyyətdə qalıb.
Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatında olan tikili
hazırda narkomanların yuvasına çevrilib.
PhotoStock.az binadan görüntüləri lentə alıb:
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid