a7f774aa-4b1f-41e6-8d61-7b6c9c926493..jpg

Narkotacirin evindən külli miqdarda marixuana aşkarlanıb – FOTO

Baxış sayı: 925 dəfə baxılıb.

Narkotacirin evindən külli miqdarda marixuana aşkarlanıb – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları
tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində
narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı
narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər
məhkum olunmuş Elnur Mahmudov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama
yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə
yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs
ifadəsində həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik
tərkibli bitkilərdən əldə etdiyini bildirib.

Araşdırma zamanı Elnur Mahmudovun evindən aşkarlanan narkotiki satmaq
məqsədində olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif
maddələri ilə cinayət işi başlanılıb.

Source link