a1b538b9-7900-4726-a7b6-5d0326c576dd..jpg

Narkotik aludəçisi olan model reabilitasiya mərkəzinə yerləşdirildi

Baxış sayı: 454 dəfə baxılıb.

Narkotik aludəçisi olan model reabilitasiya mərkəzinə yerləşdirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı
Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.

Axsam.az xəbər verir ki, Təhminə müalicə almaq üçün reabilitasiya mərkəzinə
yerləşdirilib. Bu barədə aparıcı Elgiz Əkbər televiziyada yayımlanan
verilişlərdən birində deyib. Verilişə virtual qoşulan Təhminə bir neçə gündür
müalicəsinin başladığını söyləyib.

Qeyd edək ki, Təhminə İngiltərə vətəndaşı olan iş adamı ilə ailə qurub. Həmin
şəxs Təhminəyə çoxlu ev alıb. Modelin həmin şəxsdən övladı dünyaya gəlib. O
bildirib ki, narkotik istifadə etdiyi üçün həyat yoldaşı ondan ayrılıb. Rövşanə
Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini
satdığını açıqlayıb. Təhminə Faiq Ağayev, Samir Bağırov, Fərhad Bakinski kimi
sənət adamlarının kliplərində çəkilib.

Source link