Cənubi Uels polisi 11 nəfərin narkotik alverində iştirakını “WhatsApp” messencerdəki barmaq fotolarına görə sübut edə bilib.
Bu barədə ÇıxışYolu.Com “BBC News”a istinadən xəbər verir.
2017-ci ilin avqust ayında Bricenddə keçirilən reydlər zamanı böyük həcmdə kokain və marixuana tapılıb və müsadirə olunub.
Həmçinin axtarış zamanı polislər telefon tapıblar, onun içərisində ovucunda ekstazi qutusu tutan şəkil olub. Şəkil narkotik satışının reklamı üçün istifadə edilirmiş.
Cihazda sövdələşmə mesajları tapılıb. Ekspertlər fotoşəkillərdən narkotik maddə alverçilərinin şəbəkəsini ifşa etmək və 11 nəfərin günahını sübut etmək üçün kifayət qədər barmaq izi əldə edə biliblər.
Cənubi Uels polisinin nümayəndəsi Deyv Tomas deyib ki, bu yanaşma onlar üçün yeni olub, çünki messencerdən ilk dəfə olaraq barmaq izinin axtarılması üçün istifadə edilib.
Onun sözlərinə görə, bu, sosial şəbəkələrdəki şəkillərdən sübut kimi istifadə etmək, həmçinin cinayətlərin üstünün açılması potensialını göstərir:
“Bu uşaqlar (dilerlər) tutulmamaq üçün texnologiyadan istifadə edirlər və biz də bu nailiyyətlərlə ayaqlaşmalıyıq”.
“WhatsApp” birbaşa şifrələnmə ilə tanınır. Şifrələnmiş mesajları və fotoşəkillərı kənardan əldə etmək ya olduqca çətin, ya da heç mümkün deyil. Adətən, onları göndərmək və ya qəbul etmək üçün istifadə edilən telefonlardan birbaşa götürməli oluruq.