914f87b2-10fb-4769-b3e8-8beeb0756582..jpg

Narkotik alveri ilə məşğul olan taksi sürücüsünə hökm oxundu

Baxış sayı: 909 dəfə baxılıb.

Narkotik alveri ilə məşğul olan taksi sürücüsünə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
təqsirləndirilərək həbs edilən Balahəsən Ağayevin cinayət işi üzrə məhkəmə
prosesi başa çatıb.

“Trend” xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri
altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Zığ qəsəbəsində yaşayan Balahəsən Ağayev idarə etdiyi “Ravon” markalı
avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək
idarə etdiyini boynuna alıb. Təyin olunan ekspertizanın nəticəsində Balahəsən
Ağayev sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta
yetirilib.

Üzərinə keçirilən baxış ondan heroin aşkar edilərək götürülüb.

Source link