40df4b85-adca-4081-8861-54651bfc3609..jpg

Narkotik qəbul edib TIR sürən şəxs həbs olundu – FOTO

Baxış sayı: 4. 052 dəfə baxılıb.

Narkotik qəbul edib TIR sürən şəxs həbs olundu – FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət
Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində
narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd
hərəkətlərinin qarşısı alınıb.

Bu barədə Cixisyolu.com-a İdarədən məlumat verilib.

Belə ki, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi DAF markalı,
99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji
Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün
saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun
tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə
qəbul etməsi müəyyən edilib.

R.Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən
inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.

Source link