b0a10b0e-58bb-4ba5-b6db-4f0ec879f445..jpg

Narkotik qaçaqmalçılığında təqsirləndirilən şəxsə 15 il həbs cəzası verilib – FOTO

Baxış sayı: 517 dəfə baxılıb.

Narkotik qaçaqmalçılığında təqsirləndirilən şəxsə 15 il həbs cəzası verilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik
vasitə və psixotrop maddəni keçirərək satışında təqsirləndirilən Bəhruz
Beybutova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, B.Beybutov 15 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən şəxsin
17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu ilin fevralında Xəzər rayonunda qeydə alınıb.

Belə ki, B.Beybutov Yardımlı rayonunun Mirim kəndi ilə Ləzran kəndinin
arasında yerləşən “Abuzərağa” adlı ziyarətgahın yaxınlığında “Kənan” adlı şəxs
və qeyriləri tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilmiş
30 kq-dan artıq çəkidə narkotik vasitə heroin və 10 kq çəkidə psixotrop maddə
metamfetamin olan iki ədəd kisəni sonunculardan qanunsuz olaraq əldə edib Xəzər
rayonu, Qala qəsəbəsi, “Təzə sahə” adlanan ərazidəki evində gizlədib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində
B.Beybutov Xəzər rayonu, Mərdəkan qəsəbəsi yaxınlığında saxlanılıb.

Daha sonra onun evinə baxış keçirilərək həmin narkotik vasitələr və psixotrop
maddələr müsadirə edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri
ilə ittiham irəli sürülüb.

Source link