8354101d-2dc0-4f76-90e1-b6f1bd0f9223..jpg

Narkotik qarşılığında xarici ölkə vətəndaşına kuryerlik edən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 464 dəfə baxılıb.

Narkotik qarşılığında xarici ölkə vətəndaşına kuryerlik edən şəxs saxlanılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı
əsasında keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə
görə məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan
marixuana və 720 qram heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı M.Məmmədov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı
narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan
narkotikləri bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə çatdırmalı
olduğunu bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

Source link