a3cb1e51-fcee-421c-80c6-978ffab8c4cb..jpg

Narkotik satışına görə İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanılıblar – VİDEO

Baxış sayı: 998 dəfə baxılıb.

Narkotik satışına görə İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin
üzvləri saxlanılıblar – VİDEO

Polis əməkdaşları həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə ərazisində
narkotik vasitələrin satışını təşkil edən İran vətəndaşının rəhbərlik etdiyi
mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanunsuz dövriyyədən 11 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə
və psixotrop maddə metamfetamin çıxarılıb.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı
paytaxt ərazisində müvəqqəti yaşayan qeyd edilən ölkənin vətəndaşı Omid Karimi
və onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan Asif Beliyev
tutulublar. Bu şəxslərin üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın
tiryək, marixuana və elektron tərəzi aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin
qanunsuz dövriyyəsini təşkil edən dəstənin digər üzvləri Rufan Azəri, Mikayıl
Rzayev, İlqar Yunusov, Nahid Abbasov, Xəqani Əzizli, Şəmistan Teymurov, Yunus
Muxtarov və Məhəmməd Həsənov tutulublar. Bu şəxslərdən, onların
avtomobillərindən və yaşayış ünvanlarından isə ümumilikdə 9 kiloqrama yaxın
heroin, metamfetamin, tiryək, psixotrop tərkibli dərmanlar və digər maddi
sübutlar aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan
tədbirləri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər
üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Source link