66e499f6-d5bf-43fe-b8ef-bf19d5e94f46..jpg

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Baxış sayı: 544 dəfə baxılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə HÖKM OXUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fərid Baxışova
hökm oxunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, F.Baxışov yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Baxışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün saxlanılıb. Onun üzərinə
baxış keçirilərkən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində
saxlamaqla daşıdığı 11 kiloqram çəkidə narkotik vasitə olan marixuana aşkar
edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik
vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya
satma) maddələri ilə ittiham irəli sürülüb.

Source link