bcbe7942-3a67-4cb1-ac0b-4b15872a97b8.jpg

Narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanıldı

Baxış sayı: 33 dəfə baxılıb.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı
narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə
məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional
qrupundanCixisyolu.com-a bildirilib.

Vurğulanıb ki, ondan bir kiloqrama yaxın heroin aşkar olunub. Saxlanılan şəxs
narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədi ilə
aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan tədbiri
seçilib. Araşdırmalar davam etdirilir.

Narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş
məhkum saxlanıldı
Narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanıldı

Source link