Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən qardaşların
məhkəməsi başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda
təqsirləndirilən Təbriz və Pərviz Rəhmanov qardaşlarının son məhkəməsi
keçirilib.
“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli
Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm
oxunub.
Hökmə əsasən, hər iki qardaş 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Eldar Həmzə isə təqsirləndirilən şəxslərin 11 il
müddətinə azadlıqdan məhrum edilməsini istəyib.