8e6a45cf-6bc2-4027-b728-763bfc0f9986..jpg

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI

Baxış sayı: 570 dəfə baxılıb.

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik
vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücünü saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu
məlumat yayıb.

Bildirilib ki, yol patrul xidmətinin əməkdaşları rayon ərazisində hərəkətdə
olan VAZ-21063 markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu
üçün “Saxla” işarəsi veriblər. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü,
rayon sakini Ruslan Qədirovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə
dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin
edilib. Müayinənin nəticəsinə əsasən R.Qədirovun marixuana istifadə etdiyi
məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və
hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.

Source link