Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində BMW markalı avtomobilin sürücüsü
Bəybala Camalov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol
Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat
yayıb.
Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə
doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı
Camalovun narkotik vasitə qəbul etməsi aşkarlanıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
əyləşən sürücü ifşa olundu
Narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən sürücü ifşa olundu