64c6598b-60ca-4190-8a9b-e1a1dd47bee7..jpg

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb – VİDEO

Baxış sayı: 716 dəfə baxılıb.

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb – VİDEO

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2106 markalı nəqliyyat
vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti qaydalarını kobud şəkildə
pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama
qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik
vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi
müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitənin təsiri altında
olması sübuta yetirilib. Z.Vəlimətovun barəsində qanunvericiliyin tələblərinə
uyğun müvafiq tədbir görülüb.


Source link