012191b2-46f7-4339-b95c-e63a07605d15..jpg

Narkotikin təsiri altında avtomobili idarə edən şəxs sürücülük hüququndan məhrum edilib

Baxış sayı: 752 dəfə baxılıb.

Narkotikin təsiri altında avtomobili idarə edən şəxs sürücülük hüququndan
məhrum edilib

Masallıda narkotikin təsiri altında sükan arxasına keçən şəxs sürücülük
hüququndan məhrum edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cixisyolu.com
-a verilən məlumata görə, Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-21154”
markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün
Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən
saxlanılıb.

Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini R.Musayevin narkotik
vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən
keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, R.Musayevin nəqliyyat vasitəsini narkotik
vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı
Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Musayev sürücülük hüququ
2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.

Source link