7c9f0c0c-def8-4811-bf09-8c22957d0c62..jpg

Narkotikin təsiri altında maşın sürən müğənni saxlanıldı – VİDEO

Baxış sayı: 756 dəfə baxılıb.

Narkotikin təsiri altında maşın sürən müğənni saxlanıldı – VİDEO

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin
Xüsusi tağımının keçirdiyi reyd zamanı rayon ərazisində narkotik vasitənin
təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, araşdırma zamanı sükan arxasında əyləşən şəxsin
tanınmış müğənni Ruzigar olduğu müəyyən olunub.

Müğənni tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı isə Ruzigarın narkotik
vasitələrin təsiri altında olduğu aşkarlanıb.

Sənətçi bildirib ki, 6 ay bundan əvvəl həmin maddələri xarici ölkədə olan
zaman qəbul edib:

“Çox güman ki, qanda qalıb”.

Baş DYP İdarəsinin Xüsusi tağımının inspektoru, polis baş leytenantı Elmir
Əmirov bildirib ki, sürücü qoşa xəttin tələbini pozduğuna görə saxlanıldı və
qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib:

“Müayinə zamanı həkimin rəyi nəticəsində məlum oldu ki, sürücü narkotik
vasitələrin təsiri altındadır və bu vəziyyətdə maşın sürür”.


Source link