144fe88d-8ce5-42ef-b91b-5066984325d6.jpg

Narkotikin təsiri altında motosiklet idarə edən sürücü saxlanılıb

Baxış sayı: 85 dəfə baxılıb.

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri
tərəfindən saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul
Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol
hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha”
markalı motosikletin sürücüsünə “saxla” işarəsi verilib.

Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik
vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun
üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Narkotikin təsiri altında motosiklet idarə edən sürücü
saxlanılıb
Narkotikin təsiri altında motosiklet idarə edən sürücü saxlanılıb

Source link