c02f4494-078d-460b-9eb8-c86ce4155c35.jpg

Narkotikin təsiri altında olan sürücü polisdən qaçmağa çalışdı – HƏBS OLUNDU

Baxış sayı: 31 dəfə baxılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad qəsəbəsi ərazisində yerləşən
stasionar postunda Seymur Salahovun idarə etdiyi “Toyota” markalı avtomobil
nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Cixisyolu.com-a verilən
xəbərə görə, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı
şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, S.Salahov
məsuliyyətdən yayınmaq məqsədilə tabesizlik göstərərək hadisə yerini tərk edib.

Görülən tədbirlərlə S.Salahov saxlanılıb və onun avtomobili narkotik vasitənin
təsiri altında idarə etməsi müəyyən edilib.

Məhkəmənin qərarı ilə S.Salahov 2 ay müddətində inzibati qaydada həbs olunub.

Source link