91f87741-50a3-4573-8152-54284180b68e..jpg

Narkotikin təsiri altında qəza törədən şəxs həbs olundu

Baxış sayı: 438 dəfə baxılıb.

Narkotikin təsiri altında qəza törədən şəxs həbs olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Masallı rayon sakini Elvin Məmmədov idarə etdiyi KİA
markalı avtomobillə axşam saatlarında Masallı şəhəri ərazisində yol-nəqliyyat
hadisəsi törədib.

Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik
vasitədən istifadə etdiyi müəyyən olunub.

E.Məmmədov barəsində toplanan material hüquqi qiymət verilməsi üçün Masallı
Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ iki
il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.

Source link