1900fcd7-481d-4b2f-9b1d-92afadd4cc50..jpg

Narkotiklərin inzibati məsuliyyətə əsas verəcək minimum miqdarı bəlli oldu

Baxış sayı: 545 dəfə baxılıb.

Narkotiklərin inzibati məsuliyyətə əsas verəcək minimum miqdarı bəlli oldu

Narkotiklərin xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə
cəlb edilməsinə əsas verəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda
müəyyənləşdiriləcək. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən
narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin
(onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının
xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunacaq.
Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin
(onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının
müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin
inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, narkotik vasitələrin və psixotrop
maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün
mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda
birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə
tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və
qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qazanc əldə etmək məqsədilə
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb
edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin
miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Şəxsin cinayət
məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop
maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların
prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr
olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq
qanunlarla müəyyən edilir.

Source link