ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA)
astronavtlarından biri Beynəlxalq Kosmik Stansiyadan (BKS) “Crew Dragon-8”
ekipajı ilə birlikdə qayıtdıqdan sonra halı pisləşib.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə NASA-nın Mətbuat Xidməti məlumat
yayıb.
Astronavtlardan kimin vəziyyətinin pisləşdiyi dəqiqləşdirilmir. Sadəcə,
bildirilib ki, astronavt həkimlərin nəzarəti altındadır, vəziyyəti stabilləşib.
Heyətin digər üç üzvü müayinə edildikdən sonra Hyustondakı Conson Kosmik
Mərkəzinə yola salınıb.
“Crew Dragon-8” ekipajına amerikalı astronavtlar Metyu Dominik, Maykl Barratt
və Cannet Epps, həmçinin “Roskosmos”un kosmonavtı Aleksandr Qrebenkin daxil
idilər. Onların BKS-dəki missiyası yeddi ay davam edib.
Ekipajın Yerə qayıtması səkkiz dəfə təxirə salınıb. İlkin olaraq, onların
gəmisi BKS-dən oktyabrın 8-də ayrılmalı idi, lakin Meksika körfəzi bölgəsindəki
qasırğalar səbəbindən prosedur təxirə salınıb.