8c129d12-6a49-484c-9d49-cbf8f71c22e0..jpg

Natəvanın əsrlərdir saxlanılan şəxsi dəftərindən görüntülər – VİDEO

Baxış sayı: 531 dəfə baxılıb.

Natəvanın əsrlərdir saxlanılan şəxsi dəftərindən görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq
yazılı abidələrinin toplandığı mərkəzlərdən biridir.

AzTV nadir nüsxələr saxlanılan Əlyazmalar İnstitutunda olub.

Süjetdə Əlyazmalar İnstitutunda saxlanılan Səfəvi imperiyasının hökmdarı II
Şah Abbasın fərmanı, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə
Xurşidbanu Natəvanın “Gül dəftəri – təsvirli şeirlər albomu” adlı şəxsi
dəftəri, Məşhur alim İbn Sinanın “Əl-qanun fit-tibb” adlı əsərinin əlyazması
barədə məlumat verilib

İnstitutun həm sərgi, həm də əlyazmaların saxlanması üçün xüsusi otaqları var.

İnstitutda ümumilikdə on iki min əlyazma saxlanılır. Burada əsərlərin
əlyazmaları ilə yanaşı müxtəlif fərmanlar, məktublar və bir sıra tarixi
sənədlər qorunur. Qorunan əsərlər sırasında ən zərif və ən incə əlyazma xan
qızı Xurşidbanu Natəvanın “Gül dəftəri”dir. Dəftərdə xan qızının çəkdiyi
rəsmlər və şeirləri var.

Ətraflı süjeti təqdim edirik:


Source link