Natəvanın erməni vandallığına məruz qalan heykəli Parisə gətirilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xurşidbanu Natəvanın Fransanın Evian-le-Ba şəhərindəki heykəli Parisə
gətirilib.
Cixisyolu.com xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün
Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəlin Mədəniyyət Mərkəzinin bağında yerləşdirilməsi ilə bağlı işlər davam
etdirilir.
Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin
üzərinə qırmızı boya atılmaqla yanaşı – heykəlin gözləri, adının və Azərbaycan
yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib – onun özünə də zərər
verilib. Belə ki, heykəlin burnu və barmaqları qırılıb.