Yəhudi əsilli amerikalı aktrisa Natali Portman “Yəhudi Nobel mükafatı” olan “Genesis”in təqdimetmə mərasimi üçün İsrailə getməkdən imtina edib. Buna səbəb iyunda keçirilən mərasim zamanı baş verən hadisələr olub.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı məlumat mükafatın rəsmi saytında dərc edilib.
Aktrisanın nümayəndəsinin sözlərinə görə, İsraildə keçirilən son təqdimetmə mərasimində baş verən hadisə Portmanı çox narahat edib və o, bu ölkədə keçiriləcək istənilən ictimai tədbirlərdə iştirakdan imtina edib.
Portmanın İsrailə getməkdən imtina etməsi ilə əlaqədar təşkilatçılar 2018-ci il iyunun 28-də planlaşdırılan tədbiri təxirə salıb.
Bir milyon dollar dəyərində olan “Genesis” mükafatının təqdimetmə mərasimi ilk dəfə 2012-ci ildə keçirilib. Layihəninin maliyyələşməsini dünyada ən iri yəhudi xeyriyyə təşkilatlarının biri olan “Genesis” fondu üzərinə götürüb.
Mükafat dünyada müxtəlif peşələr üzrə, eləcə də, elm və incəsənət sahəsində şöhrət qazanmış yəhudilərə və yəhudi əsilli şəxslərə verilir.