10631209-bf5e-4d6b-8e5a-0a0fc57eb488..jpg

Natalya Jukova: “Simpoziumun məqsədi ölkədəki mədəniyyəti, kreativliyi daha çox göstərməkdir” – FOTO

Baxış sayı: 350 dəfə baxılıb.

Natalya Jukova: “Simpoziumun məqsədi ölkədəki mədəniyyəti, kreativliyi daha
çox göstərməkdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Simpoziumun məqsədi ölkəmizdəki mədəniyyəti və ruhi bədən praktikalarını daha
çox göstərməkdir”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət
mərkəzində İlk Yaradıcı Psixologiya Simpoziumu zamanı mərkəzin akademik
direktoru və festivalın kuratoru Natalya Jukova deyib.

Onun sözlərinə görə, bu simpozium çox önəmlidir:

“Təşkilatçılar da bizim kimi düşünürlər. İnsanın hərtərəfli inkişafına yol
açacaq. İnsanın təkcə bədən və zehninin inkişafına deyil, bütün hiss və
düşüncələrini dərk etməyə kömək olur. İnsanlara fiziki və kreativ cəhətdən
kömək edirik. İncəsənətlə həyatlarını yaşayanda dünyaya baxışları tamamən başqa
olur. Tamamilə yeni baxış yaranır”.

N.Jukova bugünkü tədbirin ödənişsiz olduğunu vurğulayıb:

“Tamamilə pulsuz tədbirdir. Əsas tələbələr iştirak edirlər. Lakin belə bir
şərt yoxdur ki, sırf tələbələr iştirak edə bilərlər. Məqsəd ölkədəki
mədəniyyəti, kreativliyi daha çox göstərməkdir. Missiyamız odur ki, doqquz
duyğunu birləşdirək. Bütün hisslər birləşib”.

Daha çox şəkil burada: PhotoStock.az

Nəzrin Vahid

Source link