window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
“Planet Parni iz Baku” KVN teatrının bu il üçün yeni konserti olan “Nataşa, mı prişla!”nın biletləri tükənib.
Bu barədə ÇıxışYolu.Com-a “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və aktyoru Tahir İmanov məlumat verib.
Onun sözlərinə görə, bu səbəbdən konsert dörd yox, beş gün ərzində keçirilə bilər:
“Konsertə biletlərin hamısı satılıb. Yalnız kiçik bir problemimiz var. Bildiyiniz kimi, ayın 22-dən “Formula-1”lə bağlı Bakıda hazırlıq işləri gedəcək. Ona görə də bu məsələ ilə bağlı tərəddüd edirik və bilmirik ki, ayın 23-nə bilet satışı keçirək, ya yox?!
Amma şükürlər olsun ki, konsertə doqquz gün vaxt qalmasına baxmayaraq, biletlərin hamısı satılıb”.
Qeyd edək ki, “Planet Parni iz Baku” KVN teatrının “Nataşa, mı prişla!” adlı yeni konserti 19, 20, 21 və 22 apreldə keçiriləcək. Konsert Heydər Əliyev Sarayında baş tutacaq.
Səbuhi MUSAYEV