Natavan və Dado barışıb? – FOTO

Natavan və Dado barışıb? – FOTO

Baxış sayı: 4. 623 dəfə baxılıb.

Natavan Həbibinin repçi həyat yoldaşı Dado müğənni ilə bağlı paylaşım edib. 

ÇıxışYolu.Com xəbər verir ki, Natavanı qucaqladığı fotonu “Instagram” hesabında paylaşan repçi şəklin altında “Bayramın mübarək, Nat” şərhini yazıb.

Fotoya yüzlərlə rəy gəlib. Bəziləri cütlüyü barışması münasibətilə təbrik edib, bəziləri isə Dadonu ikiüzlülükdə günahlandırıb.

İzləyicilər iddia edib ki, repçi “Instagram”da canlı yayıma çıxaraq Natavan haqqında təhqiramiz ifadələr işlədib.

Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra yenidən barışmışdılar. Daha sonra isə Natavan ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində əri ilə birdəfəlik ayrıldığını demişdi.

.
www.ÇıxışYolu.Com