55e91b9d-eb08-4dbd-b440-34f2d1eb4c16..jpg

Natiq Aqil: “Meyxananı məsxərəyə çeviriblər” – VİDEO

Baxış sayı: 371 dəfə baxılıb.

Natiq Aqil: “Meyxananı məsxərəyə çeviriblər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meyxananı məsxərəyə çeviriblər. Bir-birlərinə lağ edirlər”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində “Qəmxanələr olmuş”
meyxanasının ifaçısı Natiq Aqil deyib.

“Meyxana ciddi sənət olub” söyləyən meyxanaçı sənətdən uzaqlaşmasından danışıb:

“Meyxanadan 10 il küsdüm. Meyxananı ancaq xarici ölkələrdə təbliğ etməklə
məşğul oldum. Azərbaycanda bir neçə il görünmədim”.

N.Aqil “Qəmxanələr olmuş” meyxanasının Nizami Rəmzinin adına çıxılmasının onu
uzun müddət narahat etdiyini vurğulayıb:

“Rəşad Dağlının oğlunun toyu oldu. “Qəmxanələr olmuş” onun ən sevdiyi
meyxanalardan biridir. Hərdən deyirdi ki, bu meyxananın himnidir. Orada bu
meyxananı canlı dedim və hirsim soyudu. Çünki çıxıb efirlərdə demək istəyirdim
ki, bu meyxana mənimdir”, – meyxanaçı deyib.

Ətraflı Baku TV-nin süjetində:


Source link