750d3f74-4a17-4ba3-9419-e49156ef41b8.jpg

Natiq Həsənov: “ESG standartları olan şirkətlərə daha çox üstünlük verilir”

Baxış sayı: 93 dəfə baxılıb.

“Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartı ilk növbədə
beynəlxalq standartlaşdırma təşkilatının tövsiyələri əsasında hazırlanıb.
Beynəlxalq təcrübələrdə ESG hesabatlar formasında var idi. Azərbaycanda ilk
dəfə ESG-nin dövlət standartları səviyyəsində qəbul olunmasına nail olduq”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri ESG üzrə qəbul edilən dövlət standartı ilə
bağlı keçirilən brifinqdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə
Heyəti sədrinin birinci müavini Natiq Həsənov deyib.

O bildirib ki, ilk olaraq 2022-ci ilin son rübündə strateji baxış sənədi
hazırlanıb:

“2023-cü və növbəti illər üçün sistemli tədbirlər və fəaliyyət gündəliyi
formalaşdırdıq. Sözügedən addım yeni təcrübə olduğu üçün beynəlxalq təcrübəyə
və özümüzün hansı addımları ata biləcəyimizə fokuslandıq. 2024-cü ildə normativ
tənzimləmələrə diqqət etməli idik. ESG üzrə qəbul edilən milli standart qəbul
edilmiş ən ölçüləbilən, nəticəyönümlü məhsuldur”.

O əlavə edib ki, ESG-nin biznes üçün ən önəmli mahiyyəti biznes fəaliyyətinin
optimallaşdırılmasına, istehsal fəaliyyətinin qənaətcil rejimdə çalışmasına
töhfə verir. Eyni fəaliyyət profili ilə məşğul edən iki şirkət arasında seçim
edərkən ESG standartları olan şirkətlərə daha çox üstünlük verilir. Bu isə
şirkətlərin maliyyə resurslarını və rəqabət gücünü artırmağa töhfə verir.

“Bu standartın qəbul edilməsi ilə biznes ictimaiyyəti gələcəkdə daha çox fayda
əldə edəcək. Hədəfimiz bunu daha çox bizneslərə çatdırmaq və sözügedən
standartın qəbul edilməsinə nail olmaqdır”, – deyə N.Həsənov bildirib.

Daha çox foto burada: PhotoStock.az

Məhərrəm Əliyev

Source link