Natiq Rəsulzadə: Azərbaycandilli və rusdillilər arasında sərhəd silinməlidir

Natiq Rəsulzadə: Azərbaycandilli və rusdillilər arasında sərhəd silinməlidir

Baxış sayı: 2. 865 dəfə baxılıb.

Hazırda Azərbaycanda rus dilinin cəmiyyətimizdəki rolu geniş müzakirə edilir. Rus dilinə az qala ölkəmizdə ikinci dövlət dili statusu verilməsi təklif olunur. SSRİ dağıldıqdan sonra rus dili öz mövqeyini itirməyib və əvvəlki kimi dövlət səviyyəsində dəstəklənir. 

Sevindirici haldır ki, rus dili son illər Azərbaycan gəncləri arasında da populyarlıq qazanır. Maraq və ya məcburiyyət səbəbindən gənclər rus dili bilgisinə həvəs göstərir: təhsil alırlar, filmlər izləyirlər, kitablar oxuyurlar və rus dilində ünsiyyət qururlar. 

Azərbaycanlı yazıçı, əməkdar incəsənət xadimi, kinodramaturq Natiq Rəsulzadə rus dili bilgisini perspektiv hesab edir. 

“Bizim Rusiya ilə çox yaxşı mədəni və iqtisadi əlaqələrimiz var və buna görə də hesab edirəm ki, rus dili bilgisi yaxşı perspektivdir. İnsan nə qədər çox dil bilsə, onun qarşısında bir o qədər qapı açılacaq”, – N.Rəsulzadə ÇıxışYolu.Com-a müsahibəsində deyib. 

Natiq Rəsulzadə: Azərbaycandilli və rusdillilər arasında sərhəd silinməlidir

Rus dilində danışanları hər addımda eşidirik. Ancaq, yazıçı bildirib ki, Azərbaycanda rus dili dövlət dili səviyyəsində istifadə edilməməlidir. 

“Biz azərbaycanlıyıq, dilimiz Azərbaycan dilidir. İşgüzar və rəsmi yazışmalar Azərbaycan dilində aparılır. Azərbaycanın hər bir vətəndaşı ana dilini bilməlidir. Əgər gənclər təhsili rus dilində alsa və Azərbaycan dilini bilməsələr, onlar üçün çətin olacaq. Buna görə də doğma Azərbaycan dilini öyrənmək onların da marağındadır. 

Mən Azərbaycanda rus mədəniyyəti ilə tərbiyə edilən çoxlu insanlar tanıyıram, bu, onların doğma dilidir. Ancaq bu o demək deyil ki, onlar yaşadığı dövlətin dilini bilməməlidirlər”, – müsahibimiz bildirib. 

N.Rəsuzadə cəmiyyətdə rusdilli və azərbaycandilli bölgüsünün aparılmamasını istəyib. 

“Azərbaycan dilini mükəmməl bilən şəxslər rus dili ilə də maraqlanmalıdırlar, çünki bu, əcnəbi dildir. Və əksinə, rusdillilər də Azərbaycan dilini bilməlidirlər. Ölkəmizdə bu “düşərgələr” arasında sərhəd silinməlidir. 

Azərbaycan gəncləri ilk növbədə bizim gələcəyimizdir. Əgər o, dil amilinə görə bir-birindən fərqlənsələr, bu, böyük səhv olacaq. Gənclər bir yumruq kimi olmalıdır. Xüsusilə, ləyaqətsiz qonşularla yan-yana yaşamaq məcburiyyətində qalan ölkəmizdə bu vacibdir”, – yazıçı qeyd edib. 

Çinarə Q.
www.ÇıxışYolu.Com