273962bb-0623-4493-b343-e803392ce4ea..jpg

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib? – FOTO

Baxış sayı: 321 dəfə baxılıb.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib? –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub.

Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin
gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub.

Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu
bildirib. Gəlinliyi tərzlərinə uyğun bilən istifadəçilər qiyməti ilə
maraqlanıblar.

Olay.az-ın məlumata görə, libas ümumilikdə 1 200-1 300 manata başa gəlib.

Gəlinlik yerli atelyelərdən birində Sevil üçün özəl hazırlanıb və kirayə
verilib. Kirayə haqqı 550 AZN olan libasın satış qiyməti isə 1 600 AZN-dir.

Qeyd edək ki, bu gün Sevilin Türkiyədə oğlan toyudur.

Source link