NATO əsgəri sovet əsgərlərinin ruhuna qarşı ehtiramsızlıq edib

Baxış sayı: 3. 979 dəfə baxılıb.

NATO əsgəri sovet əsgərlərinin ruhuna qarşı ehtiramsızlıq edib

NATO-nun Estoniyada keçirilən “Yaz fırtınası – 2019” təlimlərində əsgərlərdən biri qumbaraatanı ilə birlikdə sovet döyüşçülərinin abidəsi üstünə dırmaşıb və bununla yerli sakinlərin qəzabına tuş gəlib. 

RİA “Novosti” xəbər verir ki, olay Estoniyanın şimal-şərqində yerləşən Sillaməe şəhərində baş verib.

Hadisə yerinə gələn polis işçiləri əsgəri abidədən aşağı salıblar və onun cəzalandırılacağını bildiriblər. 

Əsgərin niyyətləri, və vətəndaşlığı haqqında məlumat verilmir.

Qeyd edək ki, 29 aprel-17 may tarixlərində Estoniyada keçirilən “Yaz fırtınası – 2019” təlimlərində NATO-nun 9 mindən çox hərbi qulluqçusu iştirak edir.