Diplomatik mənbələrin yaydığı məlumata görə, NATO baş katibi Yans Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş Qərargah rəisi Hülusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək.
ÇıxışYolu.Com bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Baş katibin səfər çərçivəsində Türkiyə-NATO əlaqələri, “Zeytun budağı” əməliyyatı, terrorçularla mücadilə, 2018-ci il Brüssel zirvəsi hazırlıqları və regional mövzuları müzakirə edəcəyi gözlənilir.
“Türkiyə dəyərli müttəfiqimizdir. NATO-ya bir çox yollarla komik edir. Coğrafi mövqeyi, İraq və Suriya ilə sərhəddə yerləşməsi baxımından İŞİD-lə mübarizədə kilid nöqtədir. Qara dəniz sahilində yerləşməsi Türkiyəni NATO üçün önəmli tərəfdaş mövqeyinə gətirir”, – Stoltenberq əvvəlki çıxışlarında bildirmişdi.