f90b9952-1385-4796-8637-1aa0261a1dbb..jpg

NATO İlham Əliyev və Nikol Paşinyanın Münxendəki görüşünə münasibət bildirib – FOTO

Baxış sayı: 675 dəfə baxılıb.

NATO İlham Əliyev və Nikol Paşinyanın Münxendəki görüşünə münasibət bildirib –
FOTO

NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyanın Münhen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə
münasibət bildirib.

Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi
Xavyer Kolomina “Twitter”də yazıb.

“Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır.
NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını
dəstəkləyir”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın
18-də “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda
plenar iclas keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva tədbirdə iştirak ediblər.

Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi
plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münhen
Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də
iştirak ediblər.

Relevant indeed. Is key to ensure stability in the South Caucasus. #NATO
supports the
normalisation of relations between Armenia 🇦🇲 and Azerbaijan 🇦🇿
https://t.co/Dj2xNKRVnB
— Javier Colomina (@JavierColominaP) February 19, 2023

Source link