NATO-nun hərbi təhsil ekspertlərinin iştirakı ilə seminar keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Dil
Koordinasiya Bürosu ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində beynəlxalq
seminar başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, seminarda çıxış edərək iştirakçıları salamlayan Milli Müdafiə
Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev hərbi
təhsil sahəsində görülən işlərin vacibliyini, o cümlədən, keçirilən görüş,
seminar və kurslarda xarici və yerli mütəxəssislər arasında qarşılıqlı təcrübə
mübadiləsinin önəmini xüsusi qeyd edib.
Məlumat üçün qeyd edək ki, 27 ölkədən 50-dən çox nümayəndənin iştirakı ilə
keçirilən seminarın məqsədi NATO və tərəfdaş ölkələrin dil mərkəzi
mütəxəssislərinin qiymətləndirmə meyarlarının qarşılıqlı standartlaşdırılması
(STANAG 6001) və hərbi təhsil sahəsində ingilis dilinin tədrisində
innovasiyaların tətbiq edilməsi ilə bağlı fikir mübadiləsinin aparılmasıdır.
Seminar oktyabrın 19-na qədər davam edəcək.