da266b38-e5e7-4ddf-a866-4a684184e3ad..jpg

NATO rəsmisi: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”

Baxış sayı: 619 dəfə baxılıb.

NATO rəsmisi: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının
tərəfdarıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Davamlı sülhə xidmət edən əlaqələrin normallaşması sülhün vacib elementidir
və biz bunun üçün mübarizə aparacağıq. Biz bu sənədin imzalanmasını
dəstəkləyəcəyik”.

Bu açıqlamanı Ermənistan mətbuatına verdiyi müsahibədə NATO-nun Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

O qeyd edib ki, NATO rəsmi Bakı ilə İrəvan arasında danışıqların mümkün qədər
tez bərpa olunmasını istəyir.

“Bizim siyasət çox sadədir. Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşmasını dəstəkləyirik. BMT-nin Nizamnaməsinin prinsipləri və əsas
elementləri pozulmursa, tərəfdarlarımız arasında fərq qoymuruq”.

X.Kolomina danışıqların müxtəlif formatlarda – ikitərəfli, ABŞ və Avropa
İttifaqının iştirakı ilə – olduğunu bildiklərini vurğulayaraq deyib ki, NATO
üçün ən vacibi yekun nəticə, sabitliyin, sülhün olub-olmayacağıdır:

“Çünki bu, Qafqazda sabitlik üçün çox vacibdir”.

NATO nümayəndəsi müsahibəsində Türkiyənin regiondakı roluna da toxunub:

“Türkiyənin çox spesifik regional və coğrafi mövqeyi var və bu səbəbdən bizə
onların xarici siyasəti haqqında danışmağa icazə verilmir. Lakin onlar NATO-nun
prinsiplərinə tamamilə sadiqdirlər”.

Source link