Şimali Atlantika Alyansı (NATO) Rusiyanın hücumunun operativ dəf edilməsi məqsədilə 30 minlik ehtiyat yaradacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə alman Die Welt qəzeti alyansdakı bir sıra mənbələrə istinadən yazıb.
30 gün ərzində döyüş hazırlığı vəziyyətinə gətirilməli olan birliyin bir neçə yüz qırıcı təyyarəsi və gəmisi olacaq. O, NATO-nun hazırda 20 minə yaxın əsgəri heyətdən ibarət Response Force qüvvələrini tamamlayacacaq.
NATO müdafiə nazirləri ehtiyat qoşunların yaradılmasını iyunun 7-8 tarixində Brüselldə müzakirə edəcəklər, iyulun ortalarında keçiriləcək sammitdə isə məsələ ilə bağlı siyasi bəyannamə qəbul olunmalıdır.
Yeni birlikdə aparıcı rolu Almaniya oynayacaq.
“Bizə müdaxiləyə inamlı şəkildə müqavimət göstərmək üçün böyük sayda əsgər və avadanlığı mümkün olduğu qədər sürətlə hərəkətə gətirmək lazımdır”, – deyə, NATO diplomatı qəzetə bildirib və alyansın yaradılması təşəbbüsünün Vaşinqtondan gəldiyini vurğulayıb.