NATO Rusiyaya qarşı sanksiyaların ləğv olunmasını istəmir

NATO Rusiyaya qarşı sanksiyaların ləğv olunmasını istəmir

Baxış sayı: 2. 081 dəfə baxılıb.

NATO İtaliyanın Rusiya ilə dialoqu qoruyub saxlamaq niyyətini dəstəkləsə də, Moskvaya qarşı tətbiq olunmuş sanksiyaların qüvvədə saxlanılmasını vacib sayır.

ÇıxışYolu.Com ANSA agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberq səsləndirib.

“Biz Rusiya ilə siyasi dialoqu saxlamalıyıq, ancaq iqtisadi sanskiyalar daha vacibdir. Siyasi dialoqla paralel şəkildə güclü qabaqlama vasitəsi, güclü müdafiəyə ehtiyacımız var. Çünki bizim məqsədimiz heç də (Rusiyanı) ətrafdan təcrid etmək deyil”, -deyə NATO rəhbəri bildirib.

Stoltenberqin sözlərinə görə, sanksiyaların qaldırılması üçün Rusiya öz davranışını dəyişməlidir.

Stoltenberq bildirib ki, bu ölçülər açıq aydın bir ismarıcdır: “Rusiya Ukraynada törətdiyi əməllərin hesabını verməlidir”

.
www.ÇıxışYolu.Com