NATO Norveçdə son 30 ilin ən iri təlimlərini keçirəcək.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, təlimlərdə 30 ölkədən 40 minlik şəxsi heyət iştirak edəcək.
2018-ci ilin noyabr ayına planlaşdırılan irimiqyaslı təlimlərə Alyansın tərəfdaş dövlətlərinin silahlı qüvvələri də qoşulacaq.
NATO birləşmiş qüvvələrinin Avropadakı baş komandanı general Körtis Skaparotti “müharibə oyunlarında” NATO-nun suveren dövlətləri qorumaq bacarığını Rusiyaya nümayiş etdirəcəyini bildirib.
Təlimlərə hava, quru və su qüvvələri cəlb olunacaq.